Parisdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib
Yusif Nəzərli
03:12 17.12.2023
Gündəm
349
Fransanın paytaxtı Parisdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib.
"Report"un Fransa bürosu bildirir ki, Azərbaycanın Fransadakı Səfirliyinin Mədəniyyət Mərkəzində Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən tədbirdə Avropanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız iştirak ediblər.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva sonu yaxınlaşmaqda olan 2023-cü ilin xalqımız üçün xüsusən əlamətdar olduğunu, ölkəmizin suverenliyinin bərpa edildiyini vurğulayıb. Bu tarixi hadisənin xalqımızın möhkəm iradəsi, Azərbaycan əsgərinin qəhrəmanlığı və ölkə Prezidentinin müdrik siyasəti sayəsində mümkün olduğunu diqqətə çatdırıb.
Səfir Azərbaycanın Fransada təbliği və təşviqinində rolu olan hər kəsə minnətdarlığını bildirib və ölkəmizə dair həqiqətlərin yerli ictimaiyyətə çatdırılmasının hər bir azərbaycanlının borcu olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev xalqımızın tarix boyu hər bir çətinlikdən üzüağ çıxdığını və çətinliklərə baxmayaraq hər zaman uğurlara imza atdığını xatırladıb. O, mədəniyyətin sərhədinin olmadığını və heç kimin Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliğatının, təşviqatının qarşısını ala bilməyəcəyini diqqətə çatdırıb.
Tədbirin bədii hissəsində xanəndə, müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti İlkin Əhmədovun ifasında xalq musiqilərimiz səsləndirilib. Azərbaycanın milli rəqslərimiz ifa olunub.
Tədbirdə Parisdə fəaliyyət göstərən “Natəvan məktəbi”nin və Nant şəhərində fəaliyyət “Qarabağ məktəbi”nin şagirdləri də musiqi proqramı ilə çıxış ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol