Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, dünyanın aparıcı universitetlərinin məzunlarının dövlət idarəçiliyinə cəlb olunması məqsədilə həyata keçirilən proqram çərçivəsində 1141 nəfər müraciət edib.
Sherg.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, ilkin seçim mərhələsindən 459 namizəd keçib. Müsahibələr başa çatdıqdan sonra hökumətin kadr bankı formalaşdırılacaq və namizədlərə təhsil, peşə təcrübəsi və bacarıqlarına uyğun vəzifələr təklif ediləcək.
Baş nazir proqram iştirakçılarından bəzilərinin yüksək dövlət vəzifələrinə təyin olunması barədə artıq qərar qəbul edildiyini, təyinatların isə yaxın vaxtlarda rəsmiləşdiriləcəyini bildirib.