Ermənistan Baş nazir Nikol Paşinyan “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyanın Belarusda yaşayan oğlunu cinayətdə ittiham edib.
Teleqraf xəbər verir ki, bu barədə o, Araqatsda seçki kampaniyası çərçivəsində seçiciləri ilə görüşündə danışıb.
“Sarukyan deyir ki, bizə səs verin, “Vətəndaş Müqaviləsi” Partiyasını hakimiyyətdən uzaqlaşdıraq, oğlum da iyunun 7-dən sonra geri qayıdacaq. Qayıdacaq ki, yenə Abovyanda, İrəvanda, Kotaykda atışma etsin? İstədikləri budur. Sizin ailə üzvlərinizdən biri Qarabağda heç bir güllə atıbmı? Xeyr, atmayıb. Amma siz İrəvanda, Balahovitdə, Abovyanda daraqları boşaltmısınız”, - Baş nazir qeyd edib.
Paşinyan rusiyalı oliqarx Samvel Karapetyanı isə oğurluqda günahlandırıb:
“Bu adam hamımızdan elektrik oğurlayıb, bütün respublikanı həddindən artıq borclandırıb, bu gün isə “vətənpərvərlik”dən danışır.
Onlar oğurladıqları pulları ciblərinə doldurublar. “Xeyriyyəçilik” budur? Serj üçün qalalar tikiblər. “Xeyriyyəçilik” budur?”.