Pezeşkian Paşinyana Trampın İran xalqına göstərdiyi “yardım” haqqında kitab təqdim edib

İran Prezidenti Məsud Pezeşkian Ermənistanın Baş naziri Nikol Paşinyana ABŞ-ın İrana qarşı hücumlarının nəticələrindən bəhs edən kitab təqdim edib.

Sherg.az xəbər verir ki, kitab iki ölkə liderinin Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirdiyi danışıqlardan sonra Paşinyana təqdim olunub.

Pezeşkian Paşinyana bildirib ki, kitabda ABŞ Prezidenti Donald Trampın İran xalqına vəd etdiyi “yardım”dan bəhs edilir. Kitabda İrana qarşı hücumların nəticələri, o cümlədən ölənlər və dağıntılar barədə məlumatlar yer alır.

İran Prezidenti kitabın nüsxələrini digər ölkələrin liderlərinə, o cümlədən İsveçrə prezidentinə də təqdim edib.