Prezident bəzi məmurlara mesaj verdi: “Xalqa yararlı olmaq...”
Fidan Həmişəyeva
12:19 05.03.2020
Gündəm
1017
Prezident İlham Əliyev növbəti dəfə məmurlara örnək olacaq nümunəvi addım atıb. Ölkə başçısı dünən Tovuzda “ASAN Həyat” kompleksinin açılışında “ASAN xidmət” könüllüləri və əməkdaşları ilə görüşüb. Prezident onun üçün qoyulmuş xüsusi kresloya irad bildirərək, onu adi stulla əvəzlədib. Prezident bildirib: “Mənə belə xüsusi kreslo qoymusuz, adi stuldan yoxdur? Götürün. Belə şeylərə yol vermək olmaz. Qətiyyən".
Ölkə başçısının ibrətamiz davranışını “Sherg.az”a dəyərləndirən millət vəkili, analitik Arzu Nağıyev bildirib ki, cənab Prezident hər zaman olduğu kimi növbəti dəfə xalqla bir yerdə olduğunu sübut etdi:
“Cənab Prezident könüllülərlə bir masa arxasında əyləşəndə, onların hansı stulda oturduğunu nəzərə alaraq özü də adi stulda oturdu. Təbii ki, bütün bunlar prezidentimizin təvazökarlığından irəli gəlir. Ölkə başçısı dəfələrlə deyib: “Mənim tutduğum vəzifə xalqıma xidmət üçündür”. Cənab Prezident kreslonu adi stulla dəyişməklə bəzi məmurlara konkret olaraq mesaj verdi. Yəni söhbət təkcə oturulan kreslodan getmir. Eyni zamanda xalqımız və dövlətimiz üçün yararlı olmaq, vətəndaşlarımız rifahı və təhlükəsizliyi naminə çalışmaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə