Prezidentin “İskəndər-M” mesajı: Ermənistana niyə və necə satıblar? – TƏHLİL
Banuçiçək Kalbalıyeva
14:50 12.04.2021
Gündəm
972
“Sual “İskəndər”in Ermənistanın əlinə necə keçməsi ilə bağlı deyil”
“Məsələ Rusiyanın niyə onu başqa dövlətə satmasındadır”
“Çünki beynəlxalq qaydalara görə belə təhlükəli silahı satmaq olmaz”
Bu gün Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər parkının açılışında iştirak edən zaman çox mühüm məqamlara toxunub. Dövlət başçısı, həmçinin Şuşaya atılan raketlərlə bağlı da danışıb: “Şuşanı ermənilər bu “İskəndər-M” raketləri ilə atəşə tutmuşdular. Ermənistan ordusunda bu raketlər haradandır? Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur. Ermənistanın hərbi cinayətinin sübutudur”.
“Biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün, Şuşanı, bizim qədim şəhərimizi Ermənistan “İskəndər-M” raketləri ilə məhv etməyə çalışırdı.
Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq biz rəsmi açıqlama gözləyirik. Hər kəs gəlib bunu görəcək. Erməni vəhşiliyinin, hərbi cinayətinin növbəti əyani sübutudur”. – deyə, prezident əlavə edib.
Millət vəkili Elman Məmmədov “Sherg.az”a açıqlamasında bildirdi ki, dövlət başçınının bu çıxışı bəziləri üçün mesajdır:
“Əlbəttə, dövlət rəhbərliyinin hər şeydən xəbəri var. Sadəcə vurğulandığı kimi, biz rəsmi açıqlama istəyirik və onu alacağıq. Çünki diplomatik etikanı pozmaq niyyətimiz yoxdur. Sülhməramlı missiyasını yerinə yetirən, bu öhdəliyi üzərinə götürən dövlət, hamının nifrətini qazanmış ATƏT-in Minsk qrupunun digər üzvləri bu xəbərdarlıqlardan nəticə çıxarmalı, riyakarlıqdan əl çəkməlidirlər. Başa düşməlidirlər ki, əməkdaşlıqda, qonşuluqda səmimi olmaq lazımdır”.
Deputat, həmçinin mübahisəli məqamla bağlı öz versiyasını da bildirdi:
“Hələ müharibədən əvvəl müxtəlif ölkələrin ərazisindən keçməklə Ermənistana hərbi silah-sursat göndərilirdi. İstisna etmirəm ki, “İskəndər-M” də həmin yüklərin arasında olub. Çünki belə silahlar adətən hissə-hissə göndərilir.
Həmin vaxtlar Ermənistan rəsmilərinin, o cümlədən baş nazir Nikol Paşinyanın, müdafiə nazirinin açıqlamaları da onların nəyəsə arxayın olduqlarını göstərirdi.
Məsələn, müdafiə naziri deyirdi ki, yeni ərazilər üçün yeni müharibəyə başlayacağıq. Bəli, işğalçılar savaşa başladılar. Nəticədə biabırçı formada uduzdular. Amma məğlubiyyətlərindən dərs almayıblar. Görünür, onlara sonuncu, daha öldürücü zərbəni vurmaq lazımdır.
Onu da deyim ki, məsələ “İskəndər”in Ermənistanın əlin necə keçməsində deyil, məsələ Rusiyanın niyə onu başqa dövlətə satmasındadır.Çünki beynəlxalq qaydalara görə belə təhlükəli silahı satmaq olmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə