Prezidentliyə namizəd olan Qüdrət Həsənquliyev İlham Əliyevi təbrik edib
19:57 07.02.2024
Gündəm
654
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası prezident seçkilərinin ilkin nəticələri ilə bağlı bəyanat yayıb.
”Sherg.az” xəbər verir ki, bəyanatda deyilir:
Ətraflı
“BAXCP ölkəmizdə 7 fevral 2024-cü il tarixində keçirilən növbədənkənar prezident seçkilərində əsas rəqibinin Azərbaycan torpaqlarını işğaldan azad etmiş İlham Əliyevin olacağını bildiyindən seçkilərin elan olunduğu ilk günlərədə seçkilərə qatılmağa tərəddüd etsə də ölkəmizdə köklü islahatlara ehtiyac olması zərurətini qəbul edərək, “Ədalət, Hüquq, Demokratiya” şüarı, “Böyük Dəyişikliklər” seçki proqramı ilə prezident seçkilərinə qatıldı. Seçkilərin nəticələrinə dair hər hansı illüziyaya qapılmasaq da əzmlə mübarizə apardıq.
Ölkəmizin müxtəlif regionlarında və paytaxtda seçicilərlə çoxsaylı görüşlər keçirərək, insanları Azərbaycanı böyük islahatlar yolu ilə daha müasir, iqtisadi baxımdan daha güclü, daha nüfuzlu Avropa ölkəsi edəcək Qüdrət Həsənquliyevə səs verməyə çağırdıq.
Prezidentliyə namizəd Qüdrət Həsənquliyev və onun nümayəndələri mediada cəmiyyətimizdə mövcud problemlər və onlardan çıxış yollarına dair partiyamızın mövqeyini açıqladı.
Səsvermə prosesini izləmək məqsədilə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası ölkəni əhatə edən seçki müşahidəçilərini qeydiyyatdan keçirdi.
Ümumilikdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının minlərlə müşahidəçisi, Seçki Qərargahının üzvləri seçki prosesini müsbət xarakterizə etmiş və nəticələrə təsir edə biləcək qanun pozuntularının olmadığını, nəticələrin vətəndaşların iradəsini ifadə etdiyini bildirmişdir. Seçkilərin nəticələri İlham Əliyevin inamlı qələbəsi ilə yanaşı sivil ölkələrdə olduğu kimi ölkəmizdə də güclü çoxpartiyalı sisitemin yaranmasına yol açacaq ciddi siyasi isalahatların aparılması zərurətini növbəti dəfə nümayiş etdirmişdir.
BAXCP olaraq seçkilərdə bizə dəstək olmuş tərəfdarlarımıza, təqdim etdiyimiz islahatlar paketinə səs vermiş hər kəsə dərin minnətdarlığımızı bildiririk.
BAXCP seçkinin legitimliyini şübhə altına alan iddiaları qəbul etmədiyini bəyan edir.
Biz seçkidə inamlı qələbə qazanaraq yenidən ölkə prezidenti seçilən İlham Əliyevi təbrik edir, fəaliyyətində uğurlar arzu edirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə