Putin: Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb və məsələ bitib

Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında bildirib.

O, Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını və məsələnin bununla bitdiyini söyləyib: “Ermənistan Qarabağın statusu məsələsini həll edib. Qarabağ rəsmi olaraq Azərbaycanın tərkibinə keçib”.