Putin Lavrovu Bakıya hansı missiya ilə göndərir?–AKTUAL ŞƏRH
Fidan Həmişəyeva
11:44 05.05.2021
Gündəm
906
Məlum olduğu kimi, mayın 10-11-də Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Azərbaycana işgüzar səfəri baş tutacaq. Bu gün isə Rusiya XİN rəhbəri İrəvanda səfərdədir.Məlumata görə, S. Lavrovun Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan və xarici işlər naziri səlahiyyətlərini icra edən Ara Ayvazyanla görüşləri planlaşdırılıb. Lavrovun İrəvana səfərindən 5 gün sonra Bakıya gəlməsi birmənalı qarşılanmır. Belə güman edilir ki, İrəvanda danışıqlar aparılandan sonra Kremldə müəyyən mövzuların müzakirəsinə ehtiyac yaranacaq.
Maraqlıdır, səfər zamanı Lavrov hansı məsələ ilə bağlı Azərbaycanı razı salmağa çalışacaq. Rusiya prezidenti Vladimir Putin onu bölgəyə hansı missiya ilə göndərir?
Sabiq XİN başçısı Tofiq Zülfüqarov rusiyalı nazirin səfərinə dair fikirlərini “Sherg.az”la bölüşüb:
“Artıq belə bir adət mövcuddur ki, ildə bir dəfə həm Azərbaycanın Xarici işlər naziri Rusiyaya , həm də Rusiya XİN başçısı ölkəmizə səfər edir.
Hansısa aktual mövzu ortaya çıxanda görürük ki, dövlət başçıları bir-biri ilə sıx təmasda olurlar, telefonla danışırlar.
Bu səfərin əsas məqsədlərindən biri ikitərəfli münasibətlərin geniş müzakirəsi və iki nazirlik arasında əməkdaşlığın perspektivlərini gözdən keçirməkdir. Aktual və vacib məsələləri isə Rusiya və Azərbaycanın dövlət başçıları müzakirə edir.
Artıq Lavrov Azərbaycan və Ermənistana aid məsələlərdə aktiv rol oynamır. Dediyim kimi bu mövzu ilə birbaşa dövlət başçıları məşğul olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya