Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sülh danışıqlarına hazır olduqlarını açıqlayıb.
Sherg.az xəbər verir ki, Prezident bu barədə hökumət üzvləri ilə keçirilən müşavirədə çıxış edib. O, bildirib ki, Moskva 2022-ci ildə İstanbulda əldə olunan razılaşmalar əsasında danışıqlara hazırdır.
Putin qeyd edib ki, həmin razılaşmalar Ukrayna nümayəndə heyəti tərəfindən də ilkin olaraq qəbul edilmişdi və Rusiya bu sənədlərdən geri çəkilmək üçün əsas görmür.
Onun sözlərinə görə, Rusiya tərəfi münaqişənin diplomatik yolla həllinə açıqdır və əvvəlki razılaşmaların baza kimi götürülməsini məqsədəuyğun hesab edir.