Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə silahlar üçün materiallar və komponentlərin istehsalını müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin bildirib ki, Rusiya dünyada qabaqcıl silahların istehsalı və mövcud silahların modernləşdirilməsi üçün lazımi materialları istehsal edən azsaylı ölkələrdən biridir.
“Həmişə olduğu kimi, bu cür genişmiqyaslı layihədə də burada təmsil olunan hər bir quruma təsir edən bir çox məsələ var”, - Rusiya lideri əlavə edib.