Putindən Qərbə mesaj: “Avropa qoşun göndərsə, müharibə qaçılmaz olacaq”

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ərazisində Avropa qoşunlarının mümkün yerləşdirilməsi ilə bağlı sərt açıqlama verib. Bu açıqlama Qərb ölkələrində ciddi narahatlıq yaradıb. Britaniyalı analitik Aleksandr Merkurişin fikrincə, bu xəbərdarlıq Rusiyanın Qərbə ünvanladığı ən sərt mesajlardan biri olub.

“Putin çox ciddi əlavə addım atdı. Bu, Rusiyanın indiyə qədər verdiyi ən aydın və birmənalı xəbərdarlıq idi”, - deyə ekspert bildirib.

Merkurişin sözlərinə görə, Rusiya Prezidenti çıxışını məhz bu xəbərdarlıqla yekunlaşdıraraq onun əhəmiyyətini xüsusi vurğulayıb.

Daha əvvəl Putin Qərb ölkələrinə bir daha açıq şəkildə bildirib: Moskva nə NATO-ya, nə də hər hansı digər Avropa ölkəsinə hücum etmək niyyətindədir. Lakin Avropa Ukraynaya yardım məqsədilə öz qoşunlarını göndərmək qərarına gəlsə, müharibə qaçılmaz olacaq.