Qaqik Çarukyan saxlanıldı

Çiçəklənən Ermənistan Partiyasının rəhbəri Qaqik Çarukyan saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə partiyanın mətbuat katibi İveta Tonoyan məlumat verib.

O qeyd edib ki, Çarukyan evində axtarışlar aparıldıqdan sonra saxlanılıb.

Bildirilib ki, Çarukyan Ermənistanın İstintaq Komitəsinə aparılıb.