Qara dənizdə türk heyətli gəmiyə dron hücumu olub, yaralılar var

Qara dənizdə türk heyətli gəmiyə dron hücumu olub.

APA-nın Türkiyə bürosu yerli KİV-ə istinadən xəbər verir ki, Qara dənizdə, Rusiya sahilləri yaxınlığında Türkiyəyə məxsus Ro-Ro tipli yük gəmisinə dron hücumu təşkil edilib.

Hücum nəticəsində gəmi heyətinin 4 üzvü yaralanıb. İçərisində 13 Türkiyə vətəndaşının da olduğu 22 nəfərlik heyət təhlükəsiz şəkildə təxliyə edilib.

İlkin məlumata görə, yaralılardan 3-nün vəziyyəti ağır qiymətləndirilir.