Qarabağ ermənilərini sülhə məcbur etmək çətin olmayacaq
08:57 01.06.2023
Gündəm
496
Əsas məqam rus hərbçilərini ərazimizdən çıxarmaqdır
Qarabağdakı separatçılar yenidən aktivləşiblər. Son iki gündə qanunsuz erməni silahlı dəstələri Ordumuzun mövqelərinə təxribat atəşi açmaqdadır. Bununla yanaşı, Rusiya sülhməramlılarının müşayiəti ilə yenidən silah-sursat daşınmasına cəhdlər edilir. “İravunk” qəzeti yazır ki, Xankəndidə erməni əhalisi arasında hər şeyin sona çatdığı əhval-ruhiyyəsi var. Üç ssenari üzərində müzakirə aparılır. Birincisi, rəsmi Bakının təklifini və tələbini qəbul etmək və anlaşmaq. Buna müvəqqəti həll yolu kimi baxılır və anlayırlar ki, maksimum 1 ildən sonra ermənilərin hamısı ərazini tərk edə bilər. İkincisi, bütün təklifləri rədd etmək və müharibəyə hazırlaşmaq, üçüncüsü isə Qarabağı tamamilə tərk etmək. Qəzetin yazdığına görə, ikinci variant haqqında da müzakirələr gedir. Separatçılar erməni əhalini buna sövq edir, təbliğat aparırlar. "İravunk" nəşri separatçılara vəziyyətdən çıxmaq üçün "təklif" də verib: “Digər seçim başqa ölkənin nəzarətinə keçməkdir, təbii ki, həmin ölkə Ermənistan deyil. Bu, İran və Rusiya ola bilər. İranın bu yükün altına girəcəyi ehtimalı azdır, o baxımdan, Rusiya bəlkə nələrsə edə bilər”. Əlbəttə, qəzetin gündəmə gətirdiyi “çıxış yolları” ermənilərin təxəyüllünün məhsuludur. Mövcud şərtlərdə separatçıları nə “döyüş”, nə də başqa bir ölkə xilas edə bilər. Yeganə yolu Bakıya təslim olmaqdır.
Azərbaycan Demokratik Partiyasının sədr müavini Həsrət Rüstəmov "Sherg.az"a deyib ki, Qarabağın işğaldan müvəqqəti olaraq azad edilməmiş hissəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əleyhinə olan bütün plan və senarilərin arxasında İrəvan yox, Rusiya və ona bağlı olan erməni sseparatçıları durur: "Xankəndi və işğal altında olan ətraf bölgədə baş verən silahlı təxribatlar da məhz Moskvanın təhriki, bilavasitə iştirakı ilə baş verir. "Sülhməramlı" adı altında ora yerləşdirilmiş rus hərbçilərinin, guya, nəzarət etdiyi bölgədə erməni separatçılarının özbaşına təxribatlar törətməsi qətiyyən inandırıcı deyil. Əgər belədirsə, yenə də təxribatlara görə oradakı rus hərbi kontingenti cavabdeh olmalıdır. Bütün bunlar isə onu göstərir ki, Moskva bölgədə sülh yaranmasına imkan vermək istəmir. Bölgənin və öz xalqının gələcək taleyini düşünsələr, Xankəndidə yaşayan ermənilər Azərbaycan qanunlarına tabe olub, vətəndaşlıqla bağlı ən qısa zamanda müvafiq qaydada rəsmi müraciət etməlidirlər. Moskvanın əlində oyuncaq olmaqdan əl çəkməlidirlər. Əks halda ərazimizi tərk etməlidirlər. Bizim üzərimizə düşən əsas məqam ondan ibarətdir ki, maksimum səy göstərib rus hərbçilərini ərazimizdən zərərsiz çıxarmağa çalışmalıyıq. Əgər buna nail ola bilsək, erməniləri sülhə məcbur etmək çətin olmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:33 05.11.2026
Cəmiyyət
Putin və Zelenski Türkiyədə görüşə bilər
13:28 05.11.2026
Dünya
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə