Qarabağa SƏFƏR: “Bu, böyük qayıdışın təməlidir”
Banuçiçək Kalbalıyeva
10:31 15.02.2021
Gündəm
1004
“Biz artıq Qarabağa qayıtmağa başlamışıq”
“Bunu hamı- bütün dünya görür”
“Dünya onların ekoloji, hərbi cinayətlərinin şahidi oldu”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla Əliyeva dünən Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar. Səfər çərçivəsində, həmçinin Zəngilanda yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunda çinar ağacları əkiblər.
Dövlət başçısı bildirib ki, Bəsitçay Dövlət Təbiət Qoruğu 1974-cü ildə Ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılıb, 100-dən çox hektar sahədə unikal çinar ağacları orada dövlət tərəfindən qorunurdu.
Millət vəkili Cavid Osmanov sözügedən səfərin əhəmiyyətini “Sherg.az”a şərh etdi:
“Müzəffər Ali Baş Komandan və ailə üzvlərinin Qarabağa səfəri hər şeydən əvvəl erməni vandallıqlarını dünyaya göstərmək üçün vacibdir. Düşmənin vəhşilikləri indi bütün dünyaya nümayiş edildi.
Hamı onların ekoloji, hərbi cinayətlərini gördü. İkinci bir tərəfdən isə müntəzəm səfərlər böyük qayıdışın təməlidir. Biz artıq Qarabağa qayıtmağa başlamışıq. Bunu hamı- bütün dünya görür.
Azərbaycan Prezidentinin hələ 2003-cü ildə dediyi, vəd etdiyi Bütöv Azərbaycan konsepsiyası davam edir. Bu isə bizim gücümüzün, qüdrətimizin təzahürüdür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat
Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi
16:45 07.08.2026
Hadisə
Türkiyə gücləndikcə ona hörmət də artacaq - Əhəd Məmmədli
16:40 07.08.2026
Gündəm
Tramp: Sonuncu respublikaçı prezident ola bilərəm
16:38 07.08.2026
Dünya