Qazaxıstan Prezidentini Pakistanda qırıcılarla qarşıladılar

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Pakistana dövlət səfərinə gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Pakistanın hava məkanında Kasım-Jomart Tokayevin təyyarəsini döyüş qırıcıları müşayiət edib.