Qətər və BƏƏ nümayəndələri ölkələrində qadın hüquqları vəziyyətindən danışıblar
10:51 20.11.2023
Gündəm
401
"Qətər qadın hüquqlarının qorunmasına çox böyük önəm verir".
"Report" xəbər verir ki, bunu Qətər sosial inkişaf və ailə İşləri Nazirliyinin Sosial İnkişaf üzrə nazir müavininin köməkçisi Fahid Mohd M H Al-Khayarin Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Qətər qadınların səlahiyyətlərinin artırılması məqsədi ilə qanunlara yenidən baxılması və dəyişdirilmrsi istiqamətində səy göstərir: "Qətər dövləti qadınların istər siyasi, istər sosial, istərsə də iqtisadi rifahının təmin olunmasında maraqlıdır. Bu gün Qətər qadınları bir sıra rəhbər vəzifələri tuturlar. Son illərdə qəbul edilən qanunvericilik aktları onlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasını özündə əks etdirir. Bu isə Qətər dövlətinin qadın hüquqlarının qorunmasına hörmətinin əsas göstəricilərindəndir".
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İctimai İnkişaf Nazirliyinin katib müavininin köməkçisi Hessa Abdulrahman Hussain Hassan isə deyib ki, qadınların cəmiyyətdəki roluna müsbət töhfə verən bir çox qanunlar qəbul edilib.
O bildirib ki, BƏƏ qadınların bütün sahələrdə inkişafına dair addımlar atıb: "Qadınlar siyasi arenada artıq daha yaxından təmsil olunur. 2017-ci ildən bəri gender bərabərliyi sahəsində ciddi irəliləyiş olub. Qadınlar artıq rəhbər strukturlarda təmsil olunur. Bu sahədə 30 faizə qədər artım müşahidə edilib. Parlamentimizin 50 faizini qadınlar təşkil edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm