Qusarda qadın və kişi itkin düşüb
Fidan Həmişəyeva
06:33 06.02.2020
Gündəm
804
Qusar rayonunda iki şəxs itkin düşüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Serq.az-a verilən məlumata görə, rayonun Lanqi kənd sakini, 53 yaşlı Bəşirova Lalə Ağamirzə qızı 2018-ci ilin avqust ayının 12-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Lalə Bəşirovanın əlamətləri belədir: Boyu 160 sm., uzunsov sifətli, şabalıdı qısa saçlı, gözlərinin rəngi qəhvəyi, arıq bədən quruluşludur.
L.Bəşirova psixi problemlərdən əziyyət çəkir. İnsanlarla danışmağa, ünsiyyət yaratmağa meyilli deyil. Azərbaycan və ləzgi dillərində sərbəst danışa bilir.
İtkin düşən digər şəxs - Qusar rayonunun Caqar kənd sakini, 62 yaşlı Ərzimanov Nəriman Ərziman oğlu sonuncu dəfə 2019-cu ilin iyun ayının 17-da Qusar rayon Mərkəzi Xəstəxanasının həyətində olub və bundan sonra naməlum istiqamətə gedərək itkin düşüb.
N.Ərzimanovun əlamətləri belədir: Boyu 163 sm., uzunsov sifətli, gözlərinin rəngi qonur, orta bədən quruluşludur. Hər iki qolları əyridir, sol çiyninin qabaq tərəfində dəri yarası və çapıq yeri var.
N.Ərzimanov psixi problemlərdən əziyyət çəkir. İnsanlarla danışmağa, ünsiyyət yaratmağa meyilli deyil. Azərbaycan və ləzgi dillərində sərbəst danışa bilir.
İtkin düşən zaman onun əynində göy rəngdə qısaqol köynək, qara rəngdə şalvar və qara rəngdə ayaqqabı olub.
Şəkillərdə gördüyünüz hər iki şəxsi tanıyanlardan və barələrində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə və 023-385-28-22 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya