Reinteqrasiya prosesinə qoşulmaq üçün 15 erməni sakin müraciət edib - RƏSMİ
15:00 04.10.2023
Gündəm
346
Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağdakı ermənilərin reinteqrasiyası prosesi ilə bağlı birgə məlumat yayıb.
APA xəbər verir ki, məlumatda Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa verilən müvafiq tapşırıqlar çərçivəsində Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bölgədə müvafiq işlərin davam etdirildiyi vurğulanıb.
Bildirilib ki, reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyata alınmaq üçün fiziki olaraq yerində 13 nəfər, bu məqsədlə yaradılmış xüsusi portal reintegration.gov.az vasitəsilə elektron qaydada 2 nəfər olmaqla, ümumilikdə 15 nəfər sakin könüllü şəkildə zəruri olan bütün məlumatları təqdim edərək Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Sakinlərin hər birinin ilkin qeydiyyata dair müraciətləri qəbul edilib və onlara müraciətlərinin icrası barədə əlavə məlumat veriləcəyi bildirilib.
Müraciət edənlər Qarabağ iqtisadi rayonunda yaşamaq və Ermənistan vətəndaşlığından çıxaraq Azərbaycan Respublikası vətəndaşlığını əldə etməklə Azərbaycan dövlətinin himayəsindən istifadə etmək istədiklərini çatdırıblar. Bundan başqa, Dövlət Miqrasiya Xidməti tərəfindən bölgədə səyyar qəbul zamanı sakinlərlə hüquqi maarifləndirmə işləri aparılıb, onlara reinteqrasiya prosesi barədə məlumat verilib. Həmçinin reinteqrasiya ilə bağlı müraciətlərin qəbulu, icrası və maarifləndirmə işinin aparılması reintegration.gov.az (Çağrı Mərkəzi, WhatsApp, Çat və elektron poçt da daxil olmaqla) portalı vasitəsilə həyata keçirilir. Bu günədək portal vasitəsilə Dövlət Miqrasiya Xidmətinə ümumilikdə 98 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti reinteqrasiya prosesinə marağını ifadə edən şəxslər tərəfindən sorğu, həmçinin ilkin qeydiyyatdan keçmək üçün məlumat və dəstək xarakterli olub və hər biri müvafiq qaydada cavablandırılıb.
Həmçinin bölgəyə ezam olunan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşları humanitar vəziyyətlə əlaqədar cari ehtiyacların müəyyən edilməsi üçün sakinlərlə ilkin sosial-psixoloji, sosial xidmətlərə, reabilitasiya xidmətlərinə dair qiymətləndirmə və maarifləndirmə işi aparıb, ehtiyacları müəyyənləşdirib, həmçinin əlillik və reabilitasiya xidmətlərinə dair məsləhətlər veriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm