“Reuters”: İslamabad Tehranın yenidən işlənmiş təkliflərini Vaşinqtona təqdim edib

Pakistan İranın münaqişənin dayandırılması üzrə yenidən işlənmiş təkliflərini ABŞ-yə təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi Pakistan mənbələrinə istinadla məlumat yayıb.

“Vaxtımız tükənir”, - mənbə qeyd edib.

Pakistan rəsmisi əlavə edib ki, hər iki tərəf "məqsədlərini daim dəyişir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bundan əvvəl bəyan etmişdi ki, Tehran və Vaşinqton İslamabad vasitəsilə son sülh planını tənzimləmək üçün şərh və təkliflər mübadiləsini davam etdirir.