Rusiya Hindistana neft satmaqda da çətinliklə üzləşib - RƏY
07:45 15.02.2024
Gündəm
493
Silah alverinə son verildi
Hindistan Rusiyadan silah və hərbi texnika almaqdan tədricən imtina edib. “Reuters” agentliyi bu məlumatı Hindistan hökumətindəki mənbələrə istinadən yayıb. Dehli Moskva ilə münasibətlərini gərginləşdirməməyə çalışsa da, Rusiyadan məsafə saxlamağa çalışır. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Dehlini öz siyasətini korrektəyə məcbur edib.
Politoloq Elxan Şahinoğlu deyib ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi həm də, hərbi texnikaların nümayişi xarakteri daşıyır. Onun sözlərinə görə, müxtəlif dövlətlər döyüşən tərəflərin hərbi texnikasını kənardan müşahidə və analiz edirlər: "Görünür, Hindistan hökuməti müharibənin gedişatında bu qənaətə gəlib ki, Rusiyanın hərbi texnikasının keyfiyyətində ciddi problemlər mövcuddur. Bu, müxtəlif araşdırmalarda da təsdiq olunub. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun yayımladığı hesabatda göstərilib ki, son 20 ildə Rusiya Hindistanın silah və hərbi texnika ehtiyacının 65 faizini ödəyirdi. Ancaq Rusiya-Ukrayna müharibəsindən sonra durum dəyişib. Hindistan ABŞ istehsalı olan silah və hərbi texnikaya maraq göstərməyə başlayıb. Amerikalı rəsmilər və generallar bu məqsədlə tez-tez hindli həmkarlarıyla görüşür, əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edirlər. Hindistanın Baş naziri Narendra Modi də Vaşinqtonla hərbi-texniki əməkdaşlığı dəstəkləyib. Modi bir müddət əvvəl ABŞ-yə 4 günlük səfərində hərbi əməkdaşlığın inkişafı mövzularını da müzakirə etmişdi.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu Rusiyanın müxtəlif dövlətlərə, o cümlədən Hindistana hərbi texnika ixracının dəfələrlə azaldığını yazıb. Məsələn, 2018-2022-ci illəri arasında azalma 31 faizdir. Digər tərəfdən, Rusiya ona qarşı sanksiya tətbiq edən ölkələrə silah və hərbi texnika sata bilmir. Rusiya o ölkələrə də silah və hərbi texnika satmır ki, alan dövlət həmin silahları sonradan üçüncü dövlətlərə satmağa başlayır".
Ekspert vurğulayıb ki, Rusiya Hindistana neft satmaqda da çətinliklə üzləşib: "Rusiyanın neftlə dolu tankerləri bir sıra hallarda Hindistan limanlarına yaxınlaşa bilmirlər. Çünki Rusiyanın neft şirkətləri satdıqları məhsulun əvəzinə rupi almaq istəmirlər. ABŞ ilə münasibətləri gərgin olan Rusiya alqı-satqıda dollar tələb edir. Halbuki Rusiya özü tərəfdaşları ilə razılaşmışdı ki, ticarətdə tədricən dollardan imtina etmək lazımdır. Ancaq bu qaydanı elə Rusiyanın özü pozur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm