Rusiya səfiri Polşa XİN-ə çağırıldı

Polşa Xarici İşlər Nazirliyi Rusiya raketinin ölkə ərazisinə düşməsi ilə əlaqədar Rusiya səfiri Georgi Mixnonu çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə Polşa Baş naziri Donald Tusk məlumat verib.

“Bu gün Polşa Xarici İşlər Nazirliyi dünən Polşa ərazisinə düşən raket hadisəsi ilə əlaqədar Rusiya səfirini çağırıb”, - hökumət başçısı qeyd edib.