Rusiyadan AÇIQLAMA: Putin və Ərdoğanın...

Rusiya Xarici İşlər Nazirliyi Prezident Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müntəzəm təmaslarının ikitərəfli siyasi dialoqun inkişafında mühüm rol oynadığını bəyan edib.

Sherg.az xəbər verir ki, məlumat Hakan Fidanın iyunun 15-17-də Rusiyaya nəzərdə tutulan səfəri ərəfəsində yayılıb.

Bildirilib ki, Fidan rusiyalı həmkarı Sergey Lavrovla Yaxın Şərqdəki vəziyyəti, İran ətrafında gərginliyi, Qara dəniz regionunu, həmçinin Suriya, Liviya və Cənubi Qafqazdakı prosesləri müzakirə edəcək.

Rusiya XİN-in açıqlamasına görə, Putin və Ərdoğan ötən il iki dəfə görüşüb, 2025-2026-cı illərdə isə səkkiz telefon danışığı aparıblar. Nazirlik bu təmasların Rusiya-Türkiyə münasibətlərinin inkişafında əsas amillərdən biri olduğunu vurğulayıb.