Rusiyanın erməni terrorçuları “sancısı”:“Geri qaytarılmasınlar!”
Banuçiçək Kalbalıyeva
09:25 12.04.2021
Gündəm
749
Bir neçə gün əvvəl erməni terrorçuların Ermənistana aparmaq məqsədilə Bakıya gələn təyyarə geriyə boş qayıdıb. Bu hadisə baş verdiyi andan etibarən siyasi müstəvidə “bomba” effekti yaradıb və müzakirələrə səbəb olub.
Məsələ barədə “Sherg.az”a danışan Milli Cəbhə Partiyasının (MCP) sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə düşünür ki, belə proseslər qarşılıqlı kompromislər əsasında həyata keçirilməlidir:
“Rusiya prezidenti Vladimir Putin prezident İlham Əliyevə zəng edərək, Qarabağ ətrafında müzakirələr aparıb. Amma məsələnin əsas məğzi isə erməni terrorçuların azad edilməsi olub. Rusiya rəsmiləri çalışırlar ki, terrorçular azad edilsin. Lakin bunun qarşılığında Azərbaycanın tələbləri yerinə yetirilmir. Biz Rusiya tərəfinin xahişini nəzərə alıb muzdlu snayperçi, livanlı erməni qadın Maral Narcanyanı azad etdik. Bu, Azərbaycanın bir jesti və humanistliyi idi”.
Onun sözlərinə görə, rəsmi İrəvanın hərbçilərini geri qaytarmağa haqqı çatmır:
“İndi Kremlin durub əsassız şəkildə qarşılıqsız erməni terrorçuların azad edilməsinə çalışması həyasızlıq və Azərbaycana qarşı nəzakətsizlikdi. Azərbaycan erməni terrorçularını azad etməməklə prinsipiallığını ortaya qoyur. Və bu davam etməlidir. Ermənistan minalanmış ərazilərin xəritəsini vermir, silahli erməni birləşmələri çıxarılmır və Rusiya sülhməramlı qüvvələri özbaşınalıq edir. Belə olan təqdirdə terrorçuları geri verməmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə