
Rusiyanın hərbi bazası Ermənistanda hakimiyyət çevrilişi edə bilər - ŞƏRH
Yusif Nəzərli
23:11 10.03.2025
Gündəm
419
Ermənistanda yerləşən Rusiya ordusuna məxsus hərbi maşınların hərəkəti müşahidə edilib. Bu barədə görüntüləri “Bez Tormozov” paylaşıb. Rusiya hərbi kolonunun hara istiqamətlənməsi barədə məlumat yoxdur. Qeyd edək ki, Ermənistandakı 102-ci bazanın hər hansı hərbi təlimlər keçirəcəyi haqda məlumat verilməyib.
Siyasi şərhçi Elçin Xalidbəyli isə “Sherg.az”a açıqlamasında bildirib ki, hərbi baza — hər hansı bir hərbi hissənin avadanlığının və şəxsi heyətinin yerləşdirildiyi, həmçinin şəxsi heyətinin hazırlandığı və əməliyyatların aparıldığı bir obyektdir. Hər hansı bir dövlətin ərazisində hərbi baza yaradılarkən dövlətlər arasında saziş imzalanır və hərbi bazanın fəaliyyət istiqamətləri sazişdə əks olunur. Həmin bazanın hərbiçiləri də dislokasiya olunduqları ölkənin qanunvericiliyinə zidd şəkildə fəaliyyət göstərmək, hərəkət etmək səlahyyətlərinə sahib deyillər. Onlar hər addımlarını dislokasiya olunduqları ölkənin hakimiyyət orqanları ilə razılaşdırmalıdır:

“Bildiyiniz kimi, Rusiyaya məxsus 102-ci hərbi baza Ermənistanın İrəvan və Gümrü şəhərlərində dislokasiya olunur. Bu hərbi baza Rusiyanın Ermənistan ilə münasibətlərində mühüm əhəmiyyət daşıyır və Moskvanın xaricdəki azsaylı hərbi bazalarından biridir. Ermənistanın Moskvanın diktəsi ilə idarə olunmasına şərait yaradan vacib element rolunu oynayır. Tarixən də hər hansı bir ölkənin ərazisində xarici dövlətin qoşunlarının yerləşməsi siyasi asılılığı xarakterizə edib. Böyük imperiyalar işğal etdikləri yerlərdə və müxtəlif iqtisadi maraqlarını müdafiə etmək üçün imperiya sərhədlərindən kənarda qoşun hissələri saxlayırdılar. 102-ci Rusiya hərbi bazası da Moskva ilə İrəvan arasında 1995-ci ildə imzalanmış dövlətlərarası müqaviləyə əsasən Ermənistanda yerləşdirilib. Hərbi bazaların yerləşdirilməsi ilə bağlı sazişdən irəli gələrək Rusiya ordusuna məxsus hərbi maşınların öz dislokasiya ərazisini tərk edəcəkləri ilə bağlı mütləq şəkildə Ermənistan hökumətini məlumatlandırmaq, hərbi kolonunun hara istiqamətlənəcəyini qeyd etmək lazım idi. Lakin görünən odur ki, nə Rusiya hökuməti, nə də Rusiyanın Ermənistandakı hərbi bazasının rəhbərləri dislokasiya yerini tərk etməkləri ilə bağlı Ermənistan hökumətinə məlumat verməyiblər. Çox güman ki, Kreml Ermənistanı müstəqil dövlət hesab etmədiyi üçün belə bir xəbərdarlığa ehtiyac görmür və hər bazasının hərbiçiləri Ermənistan ərazisində sərbəst şəkildə hərəkət edə bilirlər. Əgər həqiqətən də, Ermənistan adlı bir müstəqil dövlət mövcuddursa, Rusiya hərbiçlərinin bu addımı rəsmi İrəvan üçün çox ciddi mesajdır. Demək ki, Rusiyanın hərbi bazası istənilən an hərəkətlənərək Ermənistanda hakimiyyət çevrilişi edə, yaxud da hansısa bir silahlı əməliyyatlara da qoşula bilərlər”.
Ekspertin sözlərinə görə, Rusiya ordusuna məxsus hərbi maşınların hansı səbəbdən hərəkətlənməsinə hələlik rəsmi İrəvanın münasibət bildirməməsi göstərir ki, bu, Ermənistanın müqavimət göstərmək imkanlarının olmadığı bir situasiyadır. Əgər Ermənistan özünün də dediyi kimi, suveren hüquqlarına hörmət edirsə, sözügedən məsələ ilə bağlı Rusiyadan hesabat tələb etməlidir. Əks halda Ermənistan dövlətinin varlığına inanmaq çətindir. Görünür, Ermənistan adlanan ərazidə qondarma bir dövlət mövcuddur və Rusiya hərbiçiləri bu ərazilərdə “meydan sulayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm