Seçki qutularının 61,4 faizi açılıb:Ərdoğan 55,26 faizlə liderdir

Türkiyədə prezident seçkilərində seçki qutularının 42 faizdən çoxu açılıb, Ərdoğan liderdir - YENİLƏNİB

Türkiyə Yüksək Seçim Qurumu ikinci tur prezident seçkilərinin ilkin nəticələrinin yayımlanması ilə bağlı qadağanı aradan qaldırdıqdan sonra səsvermənin nəticələri açıqlanmağa başlayıb.

 Anadolu Agentliyi xəbər verir ki, ilkin nəticələr belədir: Rəcəb Tayyib Ərdoğan 55,26 faiz, Kemal Kılıçdaroğlu 44,74 faiz səs.

İndiyədək seçki qutularının 61,4 faizi açılıb. Səslərin sayılması prosesi davam edir.