Şəhidimiz “Nyu-York Times”ın manşetində: “Ona “Napo” deyirdilər” - Fotolar
Banuçiçək Kalbalıyeva
12:48 09.12.2020
Gündəm
2944
“Hər dəfə danışanda söyləyirdi ki, buralar deyilən kimi gözəldir”
“Füzulidə olanda xəbər verdi: “Anamın vətənindəyəm”
“Eldar dayımızın qanını yerdə qoymadı. Buna əminəm!”
Deyirlər, torpaq su ilə qarışanda palçıq, qanla qarışanda vətən olur. 44 günlük vətən müharibəsində əsgərlərimiz, zabitlərimiz bunu sübut etdilər. Onlar İkinci Qarabağ savaşının tarixini öz qanları ilə yazdılar-döyüşərək, istehkamları dağıdaraq, səngərləri yararaq. Deyəsən, bütün şəhidlərimiz, qazilərimiz bir aydan çox çəkən hərbi əməliyyatlarda eyni cür davranıblar- üzlərindən təbəssüm, gözlərindən mərğurluq əskik olmayıb.
Hər biri sona anadak düşmənin gözünün içinə dik baxıb, ermənini Qarabağa ayaq basmağa peşman edib. Eləcə də 1994-cü il təvəllüdlü Əliyev Eldar. Cəmi 26 yaşı olan bu gənc həyatının hələ enişli-yoxuşlu yollarını görməmiş ən yüksək zirvəni fəth etdi. İndi həmin zirvədən Yerdəkiləri-əzizlərini, valideynlarini, dostlarını, o cümlədən də Qarabağı izləyir. Ruhu şaddır. Çünki uğrunda canından keçən torpaqlar artıq azadlıqdadır.
“Sherg.az” olaraq qəhrəmanlarımızı ictimaiyyətimizə tanıtmağa davam edirik. Bu dəfəki müsahibimiz Eldarın atası Süleyman Əliyevdir. O, oğlu haqqında bunları deyib:
“Uşaqlığından fərqlənirdi. Gələcəyinə inanlar az deyildi. Oğlum orta təhsili 70 nömrəli məktəbdə alıb. Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonundakı motoatıcı hərbi hissədə xidmət edib. Müharibə başlayanda yüzlərlə gənc kimi onu da döyüşməyə çağırdılar. Heç tərəddüd etmədən getdi. Oğlum pulemyotçu idi. Bəlkə də, riyaziyyatı sevməyindən irəli gəlirdi ki, intizamına, dəqiqliyinə görə seçilirdi”.
S.Əliyev, həmçinin övlad itkisinin təsəllisini vətənin hürriyətində tapdığını bildirib:
“Sonuncu dəfə oktyabrın 12-də zəng etmişdi. Gülürdü. Deyirdi ki, hər şey yaxşıdır. Bir gün sonra Hadrudda şəhid oldu. Xəbəri isə oktyabrın 18-də aldıq. Oğlum Füzulidə, Cəbrayılda döyüşüb. Həmin gündən bu yana müvafiq qurumlar bizimlə maraqlanır, diqqət və qayğı göstərirlər. Hətta dünyaca məşhur “Nyu- York Times” qəzetindən gəlmişdilər. Reportaj hazırladılar. Düzdür, bunların heç biri oğlumu geri qaytarmaz, lakin yenə də vətən sağ olsun!”.
Bacısı Nərmin Qasımova isə vurğulayıb ki, o, indi olduğu kimi, daim qardaşı ilə fəxr edəcək:
“Eldar savadına, intellektinə görə yoldaşlarından fərqlənirdi. 2011-ci ildə oxuduğu universitetdə fakültələrarası “Nə? Harada? Nə zaman?” yarışında birinci yeri tutur. Ardınca “Breyn rinq”də də eyni nəticəni qazanır. “Gənclər fondu”nun təşkil etdiyi “Tələbələrarası I iqtisadi biliklər olimpiadası”nın final mərhələsində də uğurlu mübarizə aparıb. 2016-cı ildən iri MMC-lərdən birində iş həyatına başlayan qardaşım bu vaxtadək müxtəlif könüllülük proqramlarında iştirak edib.
Şahmat və müharibə-strategiya oyunları oynamağı çox sevirdi. Napaleon haqqında araşdırır, öyrənirdi. Elə buna görə də dostları onu “Napo” deyə çağırırdı. Yoldaşları da qardaşım haqqında yüksək fikirdədirlər. Onu dəryaya bənzədirlər. Ola bilsin, Eldar, həqiqətən dərya idi. Hər halda çox maraqlı və fərqli insan idi. Şablon həyatı heç sevmirdi”.
O, son günləri belə xatırlayır:
“Sentyabrın 29-da hərbi komissarlıqdan zəng gəldi. Eldar şam yeməyinin üstündən duraraq zəngə cavab verdi. Dedilər ki, on beş dəqiqə ərzində sizə çağırış gələcək. Gözləməyə səbri çatmadı. Dərhal komissarlığa getdi. Beləliklə, səhəri gün müharibəyə yollandı. Hamımız ondan narahat olsaq da, heç birimiz saxlaya bilmədik. Hər gün ya zəng edir, ya da 1-2 sms yazırdı. Səsi ilə bizə həmişə ruh yüksəkliyi verirdi. Bizə “ön cəbhədə deyiləm” deyərək təsəlli verməyə çalışırdı. Axırıncı dəfə oktyabrın 12-də danışmışdıq. Torpaqları aldığımıza görə sevinirdi. İrəli getdiklərini və yaxın günlərdə daha böyük qələbələr qazanacaqlarını deyirdi. Hər dəfə danışanda söyləyirdi ki, buralar deyilən kimi gözəldir. Füzulidə olanda xəbər verdi: “Anamın vətənindəyəm”. Arzuları çox idi. Danışanda qayıdandan sonra ev tikdirəcəyi, ailə həyatı quracağı barədə planlarından söz açırdı. Belə qardaşla necə qürur duymayasan? Dayımız Əbilov Əfsər Birinci Qarabağ müharibəsində şəhid olmuşdu. Eldar onun qanını yerdə qoymadı. Buna əminəm!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hansı məşhur qidalar beyini 10 il qocaldır?
03:30 08.08.2026
Sağlamlıq
Dünyada ərzaq bahalaşır: Qiymətlər rekord həddə çatdı
02:50 08.08.2026
İqtisadiyyat
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
02:12 08.08.2026
Region
Ebola virusuna yoluxanların sayı 4000-i keçib
01:40 08.08.2026
Sağlamlıq
Maskdan Ukraynaya pis xəbər: İcazə verilmədi...
01:21 08.08.2026
Dünya
Pezeşkian: Qonşularla münasibətlərdə bir çox problemi həll etmişik
00:57 08.08.2026
Region
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region