Səməd Seyidov: “Avropa təhlükəsizlik sisteminə uyğun gəlməyən Paşinyandır”
13:39 01.06.2023
Gündəm
547
“Bakının yürütdüyü siyasi xətt düzgündür və müdafiə etdiyi dəyərlər həm də Avropanındır"
"Bu gün Moldovada baş tutan tədbir, Avropa yeni təhlükəsizlik sisteminin arxitekturasının bünövrəsini qoyur".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Səməd Seyidov bu gün Moldovada “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısında Prezident İlham Əliyevin iştirak etməsindən danışarkən deyib.
O söyləyib ki, Avropa yeni təhlükəsizlik sisteminin arxitekturası içində ən möhkəm rollardan birini Azərbaycan oynayır:
"Çünki apardığımız siyasət, uğurlar və yaratdığı reallıq, məhz bu gün Avropanın yaratmaq niyyətində olduğu məsələlərdir. Biz 30 il ərzində deyirdik ki, separatizm təhlükəsizliyə böyük zərbədir və başqa dövlətin ərazisini işğal edənlər Avropa sistemində normal fəaliyyət göstərə bilməz. Həmçinin beynəlxalq qanunu bərpa etməyi və BMT-nin qətnamələrini yerinə yetirməyi də biz dəfələrlə vurğulamışıq. Ancaq Avropa ölkələri bunlara "səbrlə" yanaşırdılar. Yəni işğalçının törətdiyi hadisələrə göz yumurdular. Hətta bizi ədalətsiz sülhə sürükləyirdilər. İndi isə bütün Avropa və dünya Rusiya-Ukrayna savaşından sonra görür ki, bu istiqamətdə aparılan siyasət Avropada müharibəyə gətirib çıxardı. Ona görə ölkə başçısının həmin tədbirdə iştirakı aparılan siyasət ilə səciyyələndirilir".
Parlamentari əlavə edib ki, cənab Prezidentin tədbirdə iştirakı məntiqlidir və Avropa təhlükəsizlik sisteminə tam uyğun gəlir:
"Ora uyğun gəlməyən isə Paşinyandır. Hazırda isə orada Paşinyan siyasətinin, Avropa siyasətinə uyğunlaşdırılması gedir, Azərbaycanın yox. Çünki rəsmi Bakının siyasət xətti orada təqdim olunan və müzakirəyə çıxarılan məsələlərə tam uyğundur. Ümumiyyətlə Azərbaycan elə bir reallıq yaradıb ki, bizi yox Ermənistanı həmin siyasətə dəvət edirlər. Yəni İrəvanı terrorçuları dəstəkləyən dövlətlərlə yox, Avropa ilə əməkdaşlıq etməyə səsləyirlər. Sadəcə olaraq Ermənistanın havadarları indi öz səhvlərini çətinliklə qəbul edirlər. Bizim ən böyük problemimiz də budur. Yəni onlar başa düşürlər ki, Bakının yürütdüyü siyasi xətt düzgündür və müdafiə etdiyi dəyərlər həm də Avropanındır".
Qeyd edək ki bu gün Moldovada “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı keçirilir.
Xatırladaq ki “Avropa siyasi birliyi” Avropa İttifaqı (Aİ) tərəfindən təşviq edilən platformadır.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ikinci dəfə təşkil olunan bu tədbirin hər ikisinə dəvət edilməsi isə Avropanın ölkəmizə necə böyük əhəmiyyət verdiyini, onu etibarlı tərəfdaş kimi qəbul etdiyini göstərir. Bu, həm də onu deməyə əsas verir ki, Azərbaycan Avropanın təkcə enerji təhlükəsizliyində mühüm rol oynamır, eyni zamanda, qitənin və Aİ-nin gələcəyi ilə bağlı müzakirələrdə də rəyinə, mövqeyinə önəm verilən ölkə kimi çıxış edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial