Səməd Seyidov şəhid ailələrini ziyarət edib
Banuçiçək Kalbalıyeva
09:08 10.01.2021
Gündəm
1030
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə İkinci Qarabağ müharibəsinin qazaxlı şəhidlərinin evlərində olub, onların qayğıları ilə maraqlanıblar.
Milli Məclisin deputatı Səməd Seyidov şəhidlərimizin ailələrinə başsağlığı verərək bütün şəhidlərimizin ruhu qarşısında baş əydiyini söyləyib. Şəhidlərimizlə, eləcə də vətənpərvər oğullar yetişdirən ata və analarla hər birimizin fəxr etdiyini dilə gətirib. Millət vəkili şəhidlərimizin əzmi, iradəsi, qəhrəmanlığı sayəsində 30 illik həsrətə son qoyulduğunu, illərdir düşmən tapdağında olan torpaqlarımızın azad olunduğunu bildirib. "Bu gün şəhidlərimizin evi ziyarətgah yerimiz, fəxrlə açacağımız qapı və bir ömür boyu unutmayacağımız ünvandır”, - deyən millət vəkili Vətən uğrunda canından keçən bütün şəhidlərimizin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını bildirib. Nə qədər Azərbaycan dövləti və xalqı var, illər ötsə belə şəhidlərimizin və onların qəhrəmanlığının heç vaxt yaddan çıxmayacağını söyləyib. Gələcək nəsillərin 30 illik Qarabağ həsrətinə 44 gündə son qoyan Vətən oğullarının igidliyini, qəhrəmanlığını sevə-sevə öyrənəcəyini, onlarla hər zaman fəxr edəcəklərini qeyd edib. Bugünkü şanlı Zəfərimizə görə Ali Baş Komandan İlham Əliyevə, Müzəffər Ordumuzun əsgər və zabitlərinə, hərbçilərimizə, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimizə minnətdar olduğumuzu bir daha qeyd edərək şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə