SEPAH İraqın şımalında kürd bazalarını vurdu

Ötən gecə SEPAH İraqın şimalında, Ərbil şəhəri yaxınlığında yerləşən "Kürdüstan İşçi Partiyası" qruplaşmasının bazasına iki raket zərbəsi endirib.

Axar.az xəbər verir ki, bu barədə partiyanın sözçüsü Əmcəd Hüseyn Pənahi məlumat yayıb.

Pənahinin sözlərinə görə, İran müharibənin əvvəlindən bəri "Kürdüstan İşçi Partiyası" bazalarını və qərargahlarını 82-dən çox raket və pilotsuz təyyarə ilə hədəfə alıb.

SEPAH-a yaxın "Tasnim" xəbər agentliyi də hücum xəbərini təsdiqləyib.