İran İsrailin Hayfa şəhərində neft-kimya təsisatını hədəf alıb.
APA xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.
Bildirilib ki, bu hücum İsrailin İranda petrokimyəvi təsisatı hədəf almasına cavab olaraq həyata keçirilib.
SEPAH xəbərdarlıq edib ki, İsrail qeyri-yaşayış və enerji obyektlərinə hücum etməklə “təhlükəli bir oyuna” başlayıb.
"Bu oyunun miqyası regiondakı bütün enerji obyektlərini əhatə edəcək və bunun dünya iqtisadiyyatı üçün nəticələri bu münaqişənin əsas səbəbkarı olan ABŞ-ın üzərinə düşür”, - bəyanatda deyilir.