
Sərhəddə təxribat: Sülh prosesini tormozlamaq əsas və başlıca hədəfdir
Yusif Nəzərli
03:00 06.03.2025
Gündəm
642
Ermənistan silahlı qüvvələrinin təxribatlarında iki amil önə çıxır
Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Müdafiə Nazirliyinin məlumatında deyilib ki, martın 4-ü saat 22:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub. Ermənistanın sürətlə silahlanması regionda sülhə əsas təhdid olmaqla yanaşı, bu cür təxribatlara da rəvac verir. Ermənistan ümumdaxili məhsula nisbətdə hərbi xərcləri böyük olan ölkələr sırasında ilk yerlərdədir. 2025-ci il üçün Ermənistanın hərbi xərcləri 1.7 mlrd dollardan çox olması nəzərdə tutulub, bu isə ÜDM-in 5 faiz həcmindədir. Təhlillər göstərir ki, Ermənistanın hərbi xərcləri daha çoxdur. 2024-cü ilin iyunun 17-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı tərəflər 36 ədəd “SEZAR” özüyeriyən artilleriya kompleksinin alınmasına dair müqavilə imzalayıblar. Bu sistemlərin hər birinin qiyməti 5,5 milyon avrodur. İrəvan bu sistemlər üçün 36 artilleriya sistemi və 155 mm-lik mərmi əldə edərək nə az, nə çox, 200 milyon avro xərcləyib. Fransanın Ermənistanla gələcəkdə “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sisteminin alınması ilə bağlı müqavilə imzaladığını nəzərə alsaq, silahların alınması ilə bağlı müqavilələrin 400 milyon avrodan artıq olacağını söyləyə bilərik.
Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov "Sherg.az"a deyib ki, Ermənistan və Azərbaycan arasında sülh danışıqları getsə də, zaman-zaman atəşkəsin ermənilər tərəfindən pozulması hallarını müşahidə edirik. Ekspertin sözlərinə görə, istənilən halda sülh müzakirələri gedərkən şərti sərhədlərdə təxribatlara əl atılması mənfi və prosesi tormozlayıcı haldır:

"Bununla barəbər qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarında iki amil önə çıxır. Birincisi odur ki, Ermənistan hökuməti və ordusu daxilində kənar güclərin təsiri altında olan qruplaşmalar hələ qalmaqdadır. Həmin dairələrin İrəvan hakimiyyətində və ordu içində ciddi təsir imkanları var. Sülh danışıqlarının irəliyə getməsində maraqlı olmayan, Bakıya təzyiq göstərmək niyyətində olan dairələrin əsas qayəsi danışıqlar prosesini pozmaq, yenidən dalana dirəməkdir. Məhz bu səbəbdən prosesi sabotaj etmək məqsədilə öz əlaltılarına ara-sıra şərti sərhədlərdə atəşkəsin pozulması təlimatını verirlər. Digər yandan belə təxribata Paşinyan hökuməti özü də gedə bilər. Məlumdur ki, İrəvan hökumətinin də sülhə dair şərtləri, tələbləri var. Ən azından sülh sazişinin öz maraqları çərçivəsində bağlanmasına çalışır. Bir yandan beynəlxalq ictimaiyyətdə sülhü imitasiya edirlər, digər yandan isə prosesi pozurlar. Prosesi zədələməyin ən təsirli metodu məhz sərhəddə təxribat törətmək, atəşkəsi pozmaqdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
06:43 07.08.2026
Cəmiyyət
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət