Şərtlər pozulur ! – “Qarabağda ildırımsürətli müharibə ehtimalı...” – Son "düyün" açılır !
Banuçiçək Kalbalıyeva
10:58 09.01.2021
Gündəm
1033
“Bu dəfə sülh üçün yalvarmağa nə üzləri, nə də gücləri olacaq”
“Heç Moskva da onlara kömək edə bilməyəcək”
“İlkin mərhələdə Qarabağdakı erməni silahlı birləşmələri buradan çıxarılmalıdır. Sonra ərazi qondarma rejimin partizanlarından təmizlənməlidir”
Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə üçtərəfli görüş yaxın vaxtlarda Moskvada keçirilə bilər. Bu barədə "İnferfaks”a diplomatik mənbədən məlumat verilib. "Rusiyada Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Rusiya prezidenti ilə üçtərəfli görüşü planlaşdırılır”, - deyə, bildirib. Sammit yeni il tətillərindən sonra baş tuta bilər, mümkün tarixlərdən biri isə - 11 yanvardır. "İnterfaks” informasiyanın rəsmi təsdiqinə malik deyil. Bu Qarabağ müharibəsinin başa çatmasından sonra İlham Əliyev və Nikol Paşinyanın ilk görüşü olacaq.
Nə rəsmi Bakı, nə İrəvan Moskvada belə bir görüşün baş tutacağı, yaxud gözləntisi haqda açıqlama verib. Eyni zamanda Kremldən də İlham Əliyevlə Paşinyanın görüşünün olacağı haqda fikir bildirilməyib. Əslində informasiyanın təkzib olunmaması da maraq doğurur. Bu susqunluq Moskva görüşünün olacağı barədə müəyyən ehtimal yaradır.
Hər halda belə bir görüşün keçirilməsi məntiqlidir. Bəlkə də, zəruridir. Çünki, 10 noyabr bəyanatının şərtlərinə, demək olar, əməl edilmir. Ermənilər istədikləri “havanı oynayırlar”. “Havanı sifariş verən” isə, çox güman, razılaşmanın üçüncü iştirakçı olan Moskvadır. Hər halda məhz onun Ermənistanın “başının altına yastıq qoyduğuna” dair konkret faktlar var. Buna ən bariz nümunə sülhməramlıların komandiri Rüstəm Muradovla qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Araik Arutunyanın səmimi fotolarıdır. Deməli, görüşün kifayət qədər gərgin keçəcəyini düşünmək olar.
Siyasi analitik Turab Rzayev müzakirə predmetləri barədə proqnozlarını “Sherg.az”la bölüşüb:
“Əlbəttə, mövcud siyasi durum masaya çıxarılacaq. Məlumdur ki, bizim haqlı olaraq narazı qaldığımız xeyli məsələlər var. Prezident İlham Əliyevin də dediyi kimi, sülhməramlıların işi ancaq atəşkəsə nəzarət etməkdir. Onlar isə ermənilərə ev tikir, tikinti materialları daşıyır, nə bilim, şənliklərində iştirak edirlər. Belə sülhməramlı olur?! İkinci bir tərəfdən Ermənistan xarici işlər naziri nə üzlə, hansı məqsədlə Xankəndiyə gəlir? Məgər bizim məhz belə qıcıqlandırıcı amillərə görə İkinci Qarabağ müharibəsinə başlamağımızı belə tez unudublar?! Yəni, həqiqətən, biabırçı məğlubiyyətləri, sülh üçün yalvarmaları yadlarından çıxıb?! Bu azmış kimi, bəyanatın digər şərtləri də pozulur. Erməni silahlı birləşmələri Qarabağdan çıxarılmadı, Mehri dəhlizi açılmadı. Niyə? Axı tərəflər sənədə qol çəkmişdilər. Fikrimcə, dövlət başçımız çox açıq mətnlə bütün bu məsələlərə toxunacaq”.
T.Rzayevin sözlərinə görə, düşmənlərin səbr kasamızı növbəti dəfə daşırmaları onların sonu olacaq:
“Sözsüz ki, Azərbaycanın belə parlaq qələbəsini nə Rusiya gözləyirdi, nə də Ermənistan. Ona görə də bizim şərtlərimizlə barışmalı olmuşdular. Amma indi müqavilədən yayınmağa çalışırlar. Buna imkan verməməliyik. İlkin mərhələdə heç olmasa, Qarabağdakı erməni silahlı birləşmələri buradan çıxarılmalıdır. Sonra ərazi qondarma rejimin partizanlarından təmizlənməlidir. Ardınca isə bəyanatın digər müddəaları yerinə yetirilməlidir. Onların hər birinin bizim üçün taleyüklü olduğunu unutmamalıyıq. Qarşı tərəf elə bilməsin ki, biz onların “şıltaqlıqlarına” dözəcəyik. Əsla! Əgər şərtlər qeyd-şərtsiz yerinə yetirilməsə, Azərbaycan ildırımsürətli müharibə hüququndan istifadə edəcək. Bu dəfə sülh üçün yalvarmağa nə üzləri, nə də gücləri olacaq. Heç Moskva da onlara kömək edə bilməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm