Şimali Kiprin Azərbaycandakı nümayəndəsi: "Mübarizəmiz başımız dik, qorxusuz yaşamaq üçündür"
16:08 13.11.2023
Gündəm
424
“Şimali Kipr Türk Cümhuriyyətinin elan olunmasının 40-cı ilini Azərbaycanda qeyd etməkdən qürurluyuq”.
“Report”un xəbərinə görə, bunu Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner noyabrın 13-də Bakıda verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib.
“Cümhuriyyətimizin qurulması yolunda şəhid olan, bu yolda canından, qanından keçən qardaşlarımızı rəhmətlə anırıq”, - o qeyd edib.
ŞKTR-nın nümayəndəsi vurğulayıb ki, türk milləti əsarətə, işğala heç bir zaman boyun əyməyib: “Bizim mübarizəmiz başımız dik, qorxusuz yaşamaq üçündür. Məruz qaldığımız bütün çətinliklərə baxmayaraq Kipr Türk xalqı bu gün Şimali Kipr Türk Respublikasının bayrağı altında azad şəkildə yaşamaqdadır. Ana vətənimiz Türkiyədən aldığımız dəstəklə mübarizəmiz bu gün də davam edir”.
U.Turqaner qeyd edib ki, Şimali Kipr Türk Prezidenti Ersin Tatarın sonuncu Bakı səfəri olduqca məhsuldar keçib: “Biz inanırıq ki, iki ölkə arasındakı münasibətlər daha da genişlənəcək.
İki ölkə prezidentləri arasında arasındakı görüş Azərbaycanla Şimali Kiprlə münasibətlərimizin artan xətlə davam etməsinə töhfə verəcək. Cənab Prezident İlham Əliyevə göstərdiyi diqqət və qonaqpərvərliyə görə təşəkkür edirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm