Şoyqunun Bakı səfərinin PƏRDƏARXASI...- “Birgə təlimlər Rusiyanı qıcıqlandırıb”
Banuçiçək Kalbalıyeva
14:25 25.08.2020
Gündəm
1131
“Rusiyalı nazirin gəlişi bir növ Azərbaycanın “könlünü almaq” məqsədlidir”
“Amma rəsmi Bakı Rusiya və Fransanın həmsədrliyindən imtina etməli, danışıqları yeni bir formata gətirməlidir”
“Biz indiki məqamda Moskva deyil, Ankara ilə əməkdaşlığa üstünlük verməliyik”
Bu gün Azərbaycan Müdafiə naziri, general-polkovnik Zakir Həsənovölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, görüş çərçivəsində bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Z.Həsənov bildirib ki, Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanda deyil bütün regionda sülhə, sabitliyə, təhlükəsizliyə əsas təhdiddir. Ermənistan tərəfinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlara da toxunan Z.Həsənov qeyd edib ki, bu, Azərbaycan ilə MDB ölkələri arasında əlaqələrin sarsıdılmasına yönəldilib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya Federasiyasının rolunu qeyd edən Azərbaycanın müdafiə naziri vurğulayıb ki, bütün beynəlxalq təşkilatlar kimi Rusiya da ölkəmizin ərazi bütövlüyünü tanıyır, onun müstəqilliyinə və suverenliyinə hörmətlə yanaşır.
Ordu generalı Sergey Şoyqu Rusiyadan Ermənistana təyyarələr vasitəsilə silahların daşınması münasibət bildirərək qeyd edib ki, bu hərbi daşınmalar Ermənistana silah və hərbi texnikanın, həmçinin digər hərbi əmlakın tədarükü üçün deyil, Rusiyanın bu ölkədəki 102-ci hərbi bazasına genişmiqyaslı tikinti işlərinin aparılması üçün nəzərdə tutulan tikinti materiallarının çatdırılması və həmin bazada xidmət edən çağırışçıların rotasiyası məqsədilə həyata keçirilib.
O, xüsusilə qeyd edib ki, Rusiya bu günədək Azərbaycana qarşı yönələn heç bir addım atmayıb və bundan sonra da atmayacaq.
Tərəflər həmçinin beynəlxalq və regional təhlükəsizlik məsələləri, hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti və əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşü “Sherg.az”a şərh edən politoloq Azər Rəşidoğlu bunu Rusiyanın son baş verən hadisələrə reaksiyası kimi qiymətləndirib:
“Bu, əvvəlcədən planlaşdırılmış görüş idi. Yəni son vaxtlar baş verən hadisələrin nəticəsi deyil. Amma Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri Rusiyanı qıcıqlandırıb. Üstəgəl, Azərbaycan dövlət başçısı Ermənistana silah göndərmək faktı ilə bağlı Rusiya prezidenti Vladimir Putinə zəng etdi və ona narahatlığımızı bildirdi.
Şoyqunun bura gəlməsi bir növ Azərbaycanın “könlünü almaq” məqsədlidir. Amma Azərbaycanın Rusiyan və Fransanın həmsədrliyindən imtina etməli və danışıqları tamamilə yeni bir formata gətirməlidir. Şayqonun səfərini bəziləri hədə-qorxu kimi qiymətləndirir. Lakin Moskvanın gündəmində Rusiya ilə yaxınlaşmaq məsələsi yoxdur.
Rusiya Azərbaycanın müttəfiqi deyil. Odur ki, şimal qonşumuzun Azərbaycana yardım edəcəyini gözləmirəm. Biz indiki məqamda Moskva deyil, Ankara ilə əməkdaşlığa üstünlük verməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol