Soyuq Müharibə: Azərbaycan bu ölkələrə qarşı lazımi tədbirləri həyata keçirəcək -TƏHLİL
14:11 24.04.2024
Gündəm
450
Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirib.
Həmin ölkələrin, əslində, Azərbaycana qarşı soyuq müharibəyə başladıqlarını vurğulayan dövlətimizin başçısı bildirib ki, biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov "Sherg.az"a deyib ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini həzm edə bilməyən bir sıra qüvvələr indi tərəfimizə əsassız ittihamlar səsləndirir:
"Başda Fransa olmaqla bir sıra dövlətlər üzv olduqları beynəlxalq təşkilatlarda Azərbaycana qarşı sənədlərin qəbuluna çalışırlar. Biz bunu AŞPA-nın Azərbaycana qarşı qətnaməsində də görə bilərik. Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu zamanda bu təşkilatlar bizim ərazi bütövlüyümüzün təmin olunmasında heç bir addım atmayıb. Bu qüvvələr bir tərəfdən Azərbaycana dəstək göstərdiklərini, sülhə tərəfdar olduqlarını sözdə bəyanatlarda göstərsələr də, realda işğala, təcavüzə, soyqırım cinayətlərini törədən tərəfə dəstək nümayiş etdirirlər".
Analitik vurğulayıb ki, Fransa, Yunanıstan və Hindistan Ermənistanı Azərbaycana qarşı silahlandıraraq bölgədə sabitliyi pozmağa, rəsmi İrəvanı revanşist siyasət aparmağa sövq etməyə çalışırlar:
"Bu bir sıra dövlətlərin Azərbaycana qarşı apardıqları soyuq müharibənin ən narahatedici məqamlarından biridir. Amma hər bir halda düşünürəm ki, onlar gələcəkdə Azərbaycanla əməkdaşlıq etmək amillərini göz önünə almalıdırlar. Çünki Azərbaycan Cənubi Qafqaz kimi həssas regionda aparıcı qüvvədir. Həmçinin Azərbaycan orta dəhlizinin üzərində yerləşir. Düşünürəm ki, bu gün bizə qarşı soyuq müharibə aparan dövlətlərin hər biri orta dəhlizdən yararlanmaq istəyir. Lakin onlar Azərbaycana qarşı bu qərəzli münasibətlərinə davam etsələr, rəsmi Bakı bu ölkələrə qarşı lazımi tədbirləri həyata keçirəcək".
Yusif Məmmədxanlı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi