Suriya Prezidenti: Ölkəni idarə etmək üçün yalnız hərbi güc kifayət deyil

Suriya Prezidenti Əhməd əl-Şaraa ölkədəki çətin vəziyyəti düzəltmək üçün təkcə ordunun və hərbi gücün yetərli olmadığını bildirib.

Teleqraf xəbər verir ki, dövlət başçısı hərbi addımların hər şeyi həll etmədiyini vurğulayıb.

Əhməd al-Şaraa qeyd edib ki, Suriyanın üzləşdiyi çətinlikləri aradan qaldırmaq üçün yalnız silah yetərli ola bilməz:

"Hərbi güc vasitələrdən yalnız biridir. Ölkəni ayağa qaldırmaq üçün düzgün media siyasəti yürütmək, xalqın dəstəyini qazanmaq, dövlət işlərini idarə etməyi bacarmaq, dövlət qurumları yaratmaq, iqtisadiyyatı dirçəltmək və inkişafa nail olmaq lazımdır".