Suriya və İraqın şimalına hava əməliyyatı: 25 hədəf məhv edilib
Yusif Nəzərli
23:28 13.01.2024
Gündəm
623
Türkiyə Milli Müdafiə Nazirliyi Suriya və İraqın şimalında hava əməliyyatı keçirildiyini açıqlayıb. Açıqlamada 25 terrorçu hədəfin məhv edildiyi bildirilib.
Sherg.az türk mediasına istinadə bildirir ki, son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizənin qətiyyətlə davam etdiriləcəyi vurğulanıb.
Milli Müdafiə Nazirliyinin bəyanatında aşağıdakı ifadələrdən istifadə edilib:
“PKK/YPG/KCK və digər terror ünsürlərini zərərsizləşdirmək, İraq və Suriyanın şimalından xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyimizi təmin etmək məqsədi ilə; Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə əsasən, 13 yanvar 2024-cü il tarixində saat 21.00-da Suriyanın şimalında Metina, Hakurk və Qəndil bölgələrində terrorçu hədəflərə qarşı hava əməliyyatları həyata keçirilmiş və sığınacaqlar daxil olmaqla 25 hədəf məhv edilib.
Bu əməliyyatlarda çoxlu sayda yerli və milli sursatdan maksimum istifadə edilərək zərərsizləşdirilib.
Soylu millətimizin ürəyindən çıxan Türk Silahlı Qüvvələri keçmişdə olduğu kimi ölkəmizin və millətimizin yaşaması və təhlükəsizliyi üçün son terrorçu zərərsizləşdirilənə qədər terrora qarşı mübarizəni qətiyyət və əzmlə davam etdirəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya