TDT-nin müsəlman dini liderlərinin 8-ci Görüşü Türkiyədə keçiriləcək

Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin 8-ci Görüşü Türkiyədə keçiriləcək.

Teleqraf xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə deyib.

O bildirib ki, bu görüşlər Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rifah və tərəqqisinə yeni töhfələr verir.