"Terrorsuz Türkiyə" planı parlamentə çıxır - Müxalifətdən ilk etiraz gəldi

Türkiyənin hakim partiyası AKP "Terrorsuz Türkiyə" prosesi çərçivəsində hazırlanan "çərçivə qanun" layihəsi ilə bağlı müxalifət partiyalarını məlumatlandırmağa başlayıb.

Sherg.az xəbər verir ki, partiyanın parlamentdəki fraksiya sədri Abdullah Gülər bu gün siyasi partiyalara ilkin məlumat verəcək.

Bildirilib ki, qanun layihəsi deputatların imzasına açılıb və imza prosesi başa çatdıqdan sonra sənədin Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrliyinə təqdim olunması gözlənilir.

Yeni Partiyanın fraksiya sədrinin müavini Murat Əmir isə bildirib ki, onlar konkret qanun layihəsi təqdim edilmədən aparılan məlumatlandırmanı kifayət hesab etmirlər və müzakirələrin yazılı mətn əsasında aparılmasının vacib olduğunu vurğulayıb.