Tokayev Paşinyanı yenidən baş nazir təyin olunması münasibətilə təbrik etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın yenidən baş naziri təyin olunan Nikol Paşinyana təbrik məktubu ünvanlayıb.

Sherg.az xəbər verir ki, Tokayev məktubunda Paşinyana göstərilən yüksək etimadın onun dövlət vəzifəsindəki fədakar fəaliyyətinin məntiqi nəticəsi olduğunu bildirib. O qeyd edib ki, bu etimad Paşinyanın ölkə vətəndaşlarının rifahının yüksəldilməsi və Ermənistanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş siyasi kursuna verilən geniş ictimai dəstəyin göstəricisidir.

Qazaxıstan Prezidenti vurğulayıb ki, ölkəsində Nikol Paşinyan Ermənistanla Qazaxıstan arasında strateji tərəfdaşlığın inkişafında maraqlı olan nüfuzlu dövlət xadimi kimi qiymətləndirilir.

Tokayev, həmçinin, iki ölkənin birgə səyləri nəticəsində İrəvan və Astana arasında çoxtərəfli dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksələcəyinə əminliyini ifadə edib.

Xatırladaq ki, avqustun 2-də Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Mülki Müqavilə Partiyasının sədri Nikol Paşinyanı yenidən ölkənin baş naziri təyin edib. İyunun 7-də keçirilən parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi partiya səslərin 49,75 faizini toplayaraq hökuməti formalaşdırmaq hüququ qazanıb.