Tokio ciddi narahatdır... - ŞƏRH
16:44 17.02.2024
Gündəm
456
ABŞ-nin bölgədə siyasi və hərbi fəallığını zəiflətməsi Çinin işinə yarayacaq
"Çin hərbi gəmilərinin Yaponiya adalarına yaxın üzmələri Tokionu ciddi narahat edir. Çin Yaponiya ilə üz-üzə gəlməkdən çəkinmir". Bu barədə politoloq Elxan Şahinoğlu deyib. Analitik bildirib ki, Yaponiya Çinlə müharibədə maraqlı deyil. Buna baxmayaraq, Çinlə Yaponiya arasında Sankaku adaları uğrunda mübarizə davam edir: "Pekin Tokiodan tələb edir ki, Yaponiyaya məxsis təyyarələr adalar üzərində uçuşlar həyata keçirməsinlər. Bu vəziyyətdə Tokio ABŞ-nin Yaponiyaya hərbi dəstəyini artırmasını arzulayır. Bu arada, “Reuters” agentliyi Yaponiya siyasətçilərinin Donald Trampla təmasa çalışdıqları barədə xəbər yayıb. Görünür, Tokio hesab edir ki, ABŞ-də bu il keçiriləcək prezident seçkisində Donald Trampın qələbə çalmaq ehtimalı yüksəkdir. Ona görə də Tokio indidən Trampın bölgəyə baxışını öyrənmək istəyir. Tokio ehtiyat edir ki, Tramp prezident seçilərsə, Vaşinqtonun Yaponiyaya hərbi dəstəyi azala bilər və bu, Çinin bölgədə hərbi gücünü artırmağa şərait yaradar. Həqiqətən Tramp prezident olduğu illərdə Çinə qarşı sərt ticarət qaydaları tətbiq etsə də, təhlükəsizlik məsələlərinə o qədər fikir vermirdi. Tramp ümumiyyətlə, ABŞ-nin xaricdə təhlükəsizlik məsələlərinə az diqqət yetirilməsinin və buna az pul xərclənməsinin tərəfdarıdır. Tokionu narahat edən də budur. Məsələn, Donald Tramp “prezident seçilsəniz Tayvanı Çindən müdafiə edəcəksinizmi” sualına cavab vermək istəməyib. Tayvanı müdafiə etmək istəməyən Tramp Yaponiyanı müdafiə etmək istəyərmi? Bu sual Tokioda aktuallaşıb. Tokioda onu da unutmayıblar ki, Donald Tramp prezident olduğu illərdə “Yaponiya və Cənubi Koreya təhlükəsizlikləri üçün ABŞ-yə daha çox pul ödəməlidirlər” fikrini səsləndirmişdi. Tramp təhlükəsizlik məsələlərinə siyasətçidən çox qazanc əldə etmək istəyən iş adamı kimi yanaşır".
E.Şahinoğlu qeyd edib ki, Yaponiyanın Baş naziri Fumio Kisido aprel ayında Vaşinqtona səfər edərək Ağ Ev sahibi Cozef Baydenlə görüşəcək: "Fumio Kisido eyni zamanda hakim partiyanın təmsilçilərini Trampla görüşlərə göndərib. Yaponiya siyasətçiləri eyni zamanda Vaşinqtonda Amerikanın beyin mərkəzlərinin rəhbərləri ilə də görüşürlər. Yaponiyalı rəsmilər və siyasətçilər bu görüşlərdə amerikalı həmkarlarını innandırmağa çalışırlar ki, ABŞ-nin bölgədə siyasi və hərbi fəallığını zəiflətməsi Çinin işinə yarayacaq. Tokio Trampa mesaj göndərir ki, gələcəkdə hər hansı bir məsələylə bağlı Tokio ilə razılaşmağa çalışsa, ABŞ-nin bölgədəki strateji müttəfiqi Yaponiyanın maraqları nəzərə alınsın".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanada İranın beş rəsmisinə sanksiya tətbiq etdi
23:57 14.08.2026
Dünya
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm