Tramp bildirib ki, İranla atəşkəsi uzatmağa ehtiyac olmayacaq

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, İranla atəşkəsin müddətini uzatmağa ehtiyac yoxdur.

Sherg.az xəbər verir ki, bu barədə ABC News telekanalının jurnalisti Jonathan Karl sosial şəbəkə X-də məlumat verib.

Jurnalistin sözlərinə görə, Tramp düşünür ki, atəşkəs rejiminin uzadılmasına zərurət olmayacaq.

“Düşünürəm ki, sizi heyrətamiz iki gün gözləyir”, -deyə Karl Trampdan sitat gətirib.

Münaqişənin razılaşma ilə başa çatıb-çatmayacağı ilə bağlı suala ABŞ prezidenti belə cavab verib: “Bu və ya digər şəkildə sona çatacaq”.

Bundan əvvəl Tramp bəyan edib ki, əgər Tehran nüvə ambisiyalarından imtina etməzsə, İranla razılaşma mümkün deyil.