ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt açıqlama verib.
Sherg.az xəbər verir ki, Tramp NBC telekanalına müsahibəsində Hörmüz boğazının açıq olduğunu bildirərək, “Dünən gecə onları çox ağır vurduq. İranlılar razılaşmanı qəbul etdilər, sonra isə bir gəmiyə hücum etdilər”, deyə bildirib.
Bu arada ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həftə ərzində üçüncü hücum dalğasının başa çatdığını açıqlayıb. Məlumata görə, əməliyyat zamanı raket və pilotsuz uçuş aparatlarının mövqeləri, sursat anbarları, rabitə şəbəkələri və digər hərbi obyektlər daxil olmaqla 140-a yaxın hədəf məhv edilib.
CENTCOM üç gün davam edən əməliyyatlar zamanı ümumilikdə 300-dən çox hədəfin vurulduğunu bildirib.