ABŞ Prezidenti Donald Tramp İranın 7 günlük atəşkəs təklifini rədd etdiyini açıqlayıb.
Sherg.az xəbər verir ki, Tramp İran və Çinlə bağlı açıqlamalar verib. O, İranın ABŞ-a atəşkəs təklifi ilə müraciət etdiyini, lakin bu təklifi qəbul etmədiyini bildirib.
Tramp həmçinin Çin lideri Si Cinpinlə görüşündə Tayvan məsələsinin də müzakirə edildiyini deyib. Onun sözlərinə görə, Si Cinpin ABŞ prezidentinin Tayvanla bağlı mövqeyini anlayır.
ABŞ lideri Çinlə müzakirə olunan digər əsas məsələnin süni intellekt olduğunu və bu mövzuda mühüm danışıqlar apardıqlarını bildirib.