ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan razılaşmanın ikinci mərhələyə keçdiyini bəyan edib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Amerika lideri İranla hazırlanmaqda olan sülh sazişini “yaxşı və ədalətli” adlandırıb. Donald Tramp eyni zamanda vurğulayıb ki, Vaşinqton Tehran iqtisadiyyatına investisiya yatırmayacaq.
Bundan əvvəl ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens iyunun 14-də İranla sazişin elektron formada imzalandığını bildirmişdi. O qeyd etmişdi ki, buna baxmayaraq, İrana məxsus dondurulmuş maliyyə vəsaitləri hələlik sərbəst buraxılmayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranla razılaşmanın əldə olunmasından sonra Hörmüz boğazında dəniz blokadasının dərhal aradan qaldırılacağını və beynəlxalq gəmiçiliyin bərpa ediləcəyini də açıqlamışdı. Bu addımın qlobal enerji bazarlarına və beynəlxalq ticarətə mühüm təsir göstərəcəyi gözlənilir.