Tramp: Zelenski Rusiyadakı neft emalı zavodlarına hücumları azaltmağa söz verib

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyadakı neft emalı zavodlarına (NEZ) hücumların intensivliyini azaltmağa razı olduğunu bildirib.

Sherg.az xəbər verir ki, Tramp bu barədə “Fox” telekanalına müsahibəsində danışıb.

“Prezident Zelenski ilə danışdım. Ona dedim ki, neft emalı zavodlarına bu hücumları azaltmaq lazımdır”, - Tramp deyib.

ABŞ liderinin sözlərinə görə, Zelenski buna cavab olaraq “yəqin ki, belə də edəcəyik” deyib.

Tramp daha əvvəl Ukraynadakı münaqişənin ABŞ-da dizel yanacağının qiymətinin artmasına səbəb olduğunu bildirmişdi. Sentyabrın 14-də isə o, Kiyevin Rusiyanın enerji obyektlərinə zərbələr endirməməyə razılaşdığını açıqlamışdı.