İsrailin Baş Naziri Benyamin Netanyahu yaxın saatlarda ABŞ Prezidenti Donald Tramp ilə İran ətrafında yaranmış vəziyyəti müzakirə edəcək.
Bu barədə Sky News məlumat yayıb.
Məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri ərazisində yerləşən nüvə obyektinə pilotsuz uçuş aparatı ilə hücum edildiyi bildirilir. Hadisənin detalları hələ tam açıqlanmasa da, regionda gərginliyin yenidən artdığı qeyd olunur.
Donald Tramp isə Truth Social platformasındakı paylaşımında “fırtına öncəsi sakitlik” ifadəsini işlədib. Bu paylaşım ABŞ və İsrailin İranla bağlı mümkün yeni hərbi əməliyyatlara hazırlaşdığı barədə yayılan məlumatlar fonunda diqqət çəkib.