Türkiyə hakimiyyəti son bir ay ərzində FETÖ və onunla əlaqəli olduğu müəyyən edilən 2702 sosial media hesabına giriş məhdudiyyəti tətbiq edib.
Sherg.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran məlumat verib.
Onun sözlərinə görə, aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində sözügedən hesablarla bağlı dərhal tədbirlər görülüb. Həmçinin son iki ayda terrorizmi təbliğ edən, dezinformasiya yayan və psixoloji təsir əməliyyatlarında iştirak etdiyi müəyyən edilən daha 1652 sosial media hesabı barədə də hüquqi və inzibati prosedurlar həyata keçirilib.